Bir aya yaxındır ki, mənimlə bağlı yaydıqları yalan və böhtanları beş dəfə təkzib etmişəm Bir aya yaxındır ki, mənimlə bağlı yaydıqları yalan və böhtanları beş dəfə təkzib etmişəm

"Müvafiq kanallarla dövlət başçısına məlumat vermişəm" - Əli Həsənov

Bir aya yaxındır ki, mənimlə bağlı yaydıqları yalan və böhtanları beş dəfə təkzib etmişəm

"Dəyərli oxucular, hörmətli səhifə izləyiciləri! Açığı deyim ki, son zamanlar sağlamlığımda yaranmış problemlərdən daha çox, məni ciddi narahat edən məsələ ölkəmizin informasiya məkanında KİV adı altında fəaliyyət göstərən “yalan makinası”nın geniş meydan sulaması və ictimai rəyi vicdansızcasına çaşdırmasıdır. Demək olar ki, içi mən qarışıq ölkə ictimaiyyətinin yaxşı tanıdığı, dövlət idarəçilik sistemində uzun müddət xidmət göstərmiş, hazırda isə bu və ya digər səbəblər üzündən vəzifəsini tərk etmiş insanlar haqqında hər gün hansısa qondarma “məlumat” yayaraq saxta gündəm yaratmağa çalışırlar".

AzNews.az xəbər verir ki, bu sözləri haqqında yazılan yalan məlumatlara aydınlıq gətirən Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbəsin keçmiş müdiri Əli Həsənov deyib:

Bildirib ki, yalan və böhtanın həddi-hüdudu yoxdur və onunla bağlı demək olar ki, hər gün nəsə uydurub şəkilini də əlavə etməklə yayıb, insanları çaşdırmağa çalışırlar:

"Bilmirəm, əgər onların çörəyi bu yalan makinasından çıxırsa, ailə-uşaqlarını göz önünə gətirərək, bunu da anlamağa çalışaram. Amma bir məsələ var ki, bunlar ölkə ictimaiyyətinin doğrunu bilmək haqqını tapdalayırlar. Nə qədər bunların yalanlarını təkzib etmək olar?! Bir aya yaxındır ki, mənimlə bağlı yaydıqları yalan və böhtanları beş dəfə təkzib etmişəm. Amma bunların “sehirli fantaziyaları” bitmək bilmir ki, bilmir! İndi də mənim şəxsi həyatımla bağlı öz çirkin yalanlarını tirajlamaqla özlərinə çörək qazanırlar. Yazırlar ki, mən Türkiyəyə müalicəyə deyil, dövlətimdən qaçaraq, guya siyasi sığınacaq almağa gəlmişəm, heç bir xəstəxanada filan olmamışam və s. Açığı deyim ki, mən yalnız şəxsimə aid olan sağlamlıq vəziyyətim haqqında kiməsə geniş məlumat və hesabat vermək fikrində deyiləm. Sadəcə bunların yalan makinası olduğunu və ictimaiyyəti davamlı olaraq aldatdığını sübut etmək üçün sonuncu yalanlarını təkzib edən bəzi sənədlərin başlığını diqqətinizə təqdim etmək istəyirəm. 2013-cü ildə keçirdiyim geniş infarktdan sonra Almaniyada iki açıq ürək əməliyyatına məruz qaldığımı hər kəs bilir. O dövrdən başlayaraq mən hər il iki dəfə ya Berlində, ya da İstanbulda yoxlamadan keçirəm. İstanbulda mənim həkimlərim Siyami Ersek ürək-damar xəstəlikləri dövlət xəstəxanasının kordiologiya şöbəsinin müdiri Pr. Mehmet Eren və dosent Yalçın Velibeydir. Davamlı olaraq 7 ildir ki, mən onların yanına gəlirəm, əgər onlar tövsiyyə edirsə başqa klinikalardakı digər mütəxəssislərə də baş çəkirəm. Bu dəfə də mən vəziyyətimlə bağlı bu klinikaya gəlmişəm, bir həftə boyu hər gün kordioloji yoxlamada olmuşam, axşamlar klinikanın mövcud vəziyyətini də nəzəra alaraq, yaxınındakı hoteldə gecələmişəm. Sonrakı müalicəm və daha hansı klinikada ürək klapanı üzrə mütəxəssis professorla görüşməyim və s. haqqında danışmağı artıq hesab edirəm. Hazırda Abu-Dabidəki Klivlend xəstəxanasına getmək üçün bəlli zamanı gözləyirəm. Bütün bunlar haqqında mən mütəmadi olaraq müvafiq kanallarla ölkə başçısına da məlumat vermişəm. Beləliklə, qoy məni tanıyan və haqqımda müfəssəl məlumat almaq istəyən vətəndaşlarımız Azərbaycandakı bu yalan makinalarına inanmasınlar.

Hörmətlə Əli Həsənov

P.S. Sizə mənim 20-26 avqust tarixində İstanbulda Siyami Ersek xüsusi ürək-damar cərrahiyyəsi xəstəxanasımda keçdiyim müayinələrin və müalicənin bəzi detallarını təqdim edirəm. Sağlamlıqla bağlı əsas məlumatlar mənim xüsusi sirrimə aid olduğu üçün, sənədlərin əsas açıqlama yerlərini bilərəkdən bağlamışam".

AzNews.az

image description image description image description image description image description image description image description image description image description