Azərbaycanın baş infeksionisti işdən azad olunub

Səhiyyə Nazirliyi məlumat yayıb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev vəzifəsindən azad olunub.

Bu barədə AzNews.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Cəlal İsayev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub. C.İsayevin yerinə isə Təyyar Eyvazov gətirilib.

Qeyd edək ki, T.Eyvazov Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun yoluxucu xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışır.