"Belə xəstələrdə qəfləti ağırlaşma və ölüm baş verə bilir" "Belə xəstələrdə qəfləti ağırlaşma və ölüm baş verə bilir"

Həkim: “Bu, həm həkimləri, həm də xəstələri çaşdırır”

"Belə xəstələrdə qəfləti ağırlaşma və ölüm baş verə bilir"

Ölkəmizdə virusun ilk yayıldığı aylardan bu xəstəliklə mübarizədə iştirak edən Aydın Əliyev sosial şəbəkə hesabında koronavirusla bağlı tövsiyyə və təkliflərini qeyd edib.

AzNews.az xəbər verir ki, həkim ilk növbədə apteklərin zəruri dərman preparatları ilə təmin olunmasının vacibliyini vurğulayıb.

O bildirib ki, Covid-19-un müalicəsində istifadə edilən əsas dərman preparatları tapılmır.

"Xəstəliyin əlamətləri müxtəlif insanlarda çox fərqlidir və bu həm həkimləri, həm də xəstələri çaşdırır. Bəzən heç qızdırması olmayan xəstə çox ağırlaşır, bəzən qızdırması olan xəstə yüngül keçirir, bəzən də həm qızdırma, həm də ağırlaşma olur. Xüsusən, yanaşı xəstəlikləri olan şəxslər hər hansı şikayətlər - başağrı, boğaz ağrısı və qıcıqlanması, burun tutulması, burun axması, öskürək, döş qəfəsində ağrı və ağırlıq hissi, təngnəfəslik, boğulma, hava çatışmazlığı, kürək ağrıları, bəzən ishal-diareya, əzələ-oynaq ağrıları, halsızlıq, iştahsızlıq, hərarətin yüksəlməsı, ürəkbulanma, qusma və s. oxşar şikayətlər zamanı ilk növbədə coviddən şübhələnməli, burun-udlaqdan və ağız-udlaqdan yaxma-sıyrıntı-test analizi verməlidir. Test analizi mənfi çıxıbsa lakin yuxarıdakı saydığımız şikayətlər biruzə verilib artırsa mütləq döş qəfəsi orqanlarının KT müayinəsi edilməlidir. Əgər təqribən 15-20%-dən çox buzlu şüşə mənzərəsi varsa, dərhal müalicə başlamalıdır", - deyə A. Əliyev əlavə edib.

Həkim vurğulayıb ki, KT müayinəsində buzlu şüşə mənzərəsi 30%-dən çoxdursa və xüsusən yanaşı xəstəliyi varsa, xəstə mütləq stasionar müalicə almalıdır.

"Təcili yardım və qaynar xəttlərə davamlı zəng edib stasionar müalicə tələb edin bu halda. KT müayinəsində 50%-dən çox buzlu şüşə görüntüsü olan xəstə görmüşəm ki, şikayəti çox cüzidir. Belə xəstələrdə qəfləti ağırlaşma və ölüm baş verə bilir. Yüngül şikayətləri olan, yanaşı xəstəliyi olmayan və xəstəliyin əlamətlərinin təzahüründən 5-12 günlərində KT müayinəsində 5-10%-ə qədər buzlu şüşə mənzərəsi olan şəxslər qəti panik olmasınlar, qəti surətdə antibiotiklər, deksametazon, damar daxili inyeksiyalar-sistemlər etməsinlər! Bu yolla öz xəstəliklərini çox ciddi şəkildə ağırlaşdıra bilərlər. Test analiziniz müsbətdirsə lakin heç bir şikayət yoxdursa, yanaşı ciddi xəstəlik yoxdursa və KT müayinəsində buzlu şüşə mənzərəsi yoxdursa, heç bir müalicəyə ehtiyac yoxdur! Maska geyinmək (xüsusən KN95 və tibbi-cərrahi maska), 2 metr ara məsafəsi saxlamaq və əlləri 70-95%-li etil spirti əsaslı məhlullarla dezinfeksiya etmək, toplaşmamaq, yas yerlərinə getməmək, əl ilə görüşməmək, öpüşməmək çox vacibdir", - A. Əliyev qeyd edib.

Səidə

AzNews.az