Bütün sənədlərdə də Ermənistan təcavüzkar ölkə kimi əks olunub Bütün sənədlərdə də Ermənistan təcavüzkar ölkə kimi əks olunub

“Arayik Harutyunyan istintaqa cəlb ediləcək“ - Millət vəkili

Bütün sənədlərdə də Ermənistan təcavüzkar ölkə kimi əks olunub

Ermənistan noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur olsa da, Xankəndidə hələ də separatçı rejimin bayrağı dalğalanır. Bu isə öz növbəsində ictimai narazılığa səbəb olur.

Maraqlıdır, qondarma respublikanın qalıqları Dağlıq Qarabağda öz mövcudluğunu nə vaxta kimi qoruyacaq?

AzNews.az-ın məlumatına görə, mövzu barədə Yenisabah.az-a danışan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı qeyd edib ki, bu məsələ tədricən öz həllini tapacaq və yaxın zamanda Qarabağda hər hansı separatçı rejimin əski parçası dalğalanmayacaq:

“Məsələyə reallığı nəzərə alaraq yanaşmaq lazımdır. Azərbaycanın qəhrəman əsgərləri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı azad etdi. Bu torpaqları işğal edən Ermənistan idi. Bütün sənədlərdə də Ermənistan təcavüzkar ölkə kimi əks olunub. Əminəm ki, Arayik Harutyunyan istintaqa cəlb ediləcək. Azərbaycan Ermənistan təcavüzünə son qoydu. Ermənistan dövlətinə elə sarsıdıcı zərbələr vurdu ki, bundan on il sonra da o hələ özünə gələ bilməyəcək. Bunu görmək üçün Ermənistanda gedən prosesləri izləmək kifayətdir. Azərbaycan öz məqsədinə nail olub”.

“Bu da diplomatiya müstəvisində gedir. Dünən 10 noyabrda imzalanan bəyannamənin 9-cu maddəsinə start verildi. Digər səkkiz maddənin 7-si öz həllini tapıb. 3-cü maddəyə əsasən, sülhməramlı qüvvələr yerləşdirilib. Bəli burada müəyyən problemlər var, lakin bu problemlər həm də orada mövcud olan silahlı qüvvələrin tərksilah edilməsi prosesi ilə bağlıdır. Bildirim ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisində yoxdur. Sadəcə bir xunta rejiminə-Araik Harutyunyanın özünə tabe olan 1000-1 500 kontingent var. O da tədricən öz həllini tapacaq. Hərbi əsrlər məsələsi də həll olunub. Hadrutda olanlar terrorçulardır. Hələ ki təkcə 7-ci maddədə problemimiz var. Burada qaçqınların öz yerlərinə qayıtması məsələsi əks olunub. Mənə elə gəlir ki, bu proses sonrakı mərhələdə həyata keçiriləcək, çünki orada qaçqınlar üçün şərait yaradılmalıdır. 9-cu maddə isə dünənki görüşdə öz həllini tapdı. Bu, uğurlu bir addım oldu. Faktiki olaraq indiyədək Azərbaycanın milli maraqlarına ziyan vuran hər hansı addım atılmayıb. Kim bunu qəbul etmirsə, deməli, o, ermənilərlə bərabərdir”.