İnsanlarda yüngül baş ağrıları, hərarət, ümumi zəiflik kimi əlamətlər müşahidə edilə bilər İnsanlarda yüngül baş ağrıları, hərarət, ümumi zəiflik kimi əlamətlər müşahidə edilə bilər

Peyvəndin əks təsirləri - Həkim açıqladı

İnsanlarda yüngül baş ağrıları, hərarət, ümumi zəiflik kimi əlamətlər müşahidə edilə bilər

“Dünəndən etibarən ölkədə vaksinasiya prosessi başladı və ilk olaraq səhiyyədə məsul şəxslər vaksinasiyaya cəlb olundu. Bu gün isə tibb işçilərinin vaksinasiyası davam etdirilir. Tibb işçilərinə vaksin vurulması fevralın 1-nə kimi davam etdiriləcək. Daha sonra digər şəxslər prosessə cəlb olunacaq”.

Bu sözləri AzNews.az-a açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib.

Həkim peyvəndin əks-təsirləri, hansı şəxslərin risk qrupuna aid olmasından danışarkən vaksinasiya olunan şəxslərdə göstərişlər və əks-göstərişlər ola biləcəyini deyib.

"Kəskin infeksion xəstəliyi olanlar, xroniki aktiv infeksiyası olan şəxslər, ankoloji xəstəliyi olanlar, ağır hormonal risk balansı olanlar, ürək, böyrək, ağciyər, qaraciyər çatışmazlığı olan şəxslərə vaksin vurula bilməz. Əks-təsir ola bilər. Onlar vaksinasiyaya cəlb olunmamalıdırlar. Vaksin vurulan zaman insanlarda yerli və ümumi reaksiyalar müşahidə edilə bilər. Bu normal orqanizmin verdiyi reaksiyadır. Yəni, bunlar yan təsirlər deyil. Yerli olaraq insanlarda, vaksin vurulan yerdə qızartı, şişkinlik əlamətləri ola bilər. Ümumi olaraq insanlarda yüngül baş ağrıları, hərarət, ümumi zəiflik kimi əlamətlər müşahidə edilə bilər", - deyə V. Cavadzadə bildirib.

Onun sözlərinə görə, sadalanan əlamətlər tam olaraq vaksinasiyadan sonrakı dövrə aiddir və normal hesab edilir.

"Orqanizmin vaksinasiyaya cavab verməsi normaldır. Peyvənd olunandan sonra allergik reaksiyalar müşahidə edilə bilər. Biz bunlara yan təsirlər deyirik. Allergik təsirlər ləng və sürətli olaraq baş verə bilər. Yəni, xəstələrdə bütün bədən səthində allergik reaksiyalar olur. Sürətli allergik reaksiyalara isə anafilaktik şoku misal göstərə bilərik. Başqa dərmanlarda olduğu kimi vaksinin tərkibindəki hansısa maddəyə qarşı da insanlarda anafilaktik reaksiyalar ola bilər. Bu da hər kəsdə müşahidə edilə bilməz", - həkim vurğulayıb.

V. Cavadzadə sonda əlavə edib ki, peyvənd vurulan şəxslər təqribən yarım saat gözləmə otağında, həkim müayinəsində qalırlar. Risk qrupuna tibb işçiləri daxildir. Çünki gündəlik olaraq onlar koronavirus xəstələri ilə birbaşa kontaktda olurlar. Ona görə ilkin mərhələdə onlar vaksinasiyaya cəlb olunub.

Səidə

AzNews.az