Tramp: Maduronun prezident kimi sayılı günləri qalıb

Venesuela lideri Nikolas Maduronun hakimiyyətdə sayılı günləri qalıb.

Aznews.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu fikri “CBS News” telekanalına müsahibəsi zamanı səsləndirib.

Onun sözlərinə görə, Venesuelada siyasi dəyişiklik artıq qaçılmazdır.

“Bəli, mən belə düşünürəm. Deyə bilərəm ki, Maduronun günləri sayılıdır”, – Tramp jurnalistin sualını cavablandırıb.