- Göz önü
- 4 Fevral 2021 15:11
- 14 496
Xəstəxana Rəmişlə bağlı məlumat yaydı: "Müalicəsi davam etdirilməsinə baxmayaraq.."

O, yanvar ayının 28-də Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib
Bakı Sağlamlıq Mərkəzi hazırda bu tibb müəssisəsində müalicə alan xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmişin) vəziyyəti ilə bağlı məlumat yayıb.
Mərkəzdən AzNews.az-a bildirilib ki, xalq artisinin huşunda aydınlaşma müşahidə olunub:
"Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmişin) səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemler yaranıb. O, yanvar ayının 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Rafiq Hüseynov mərkəzimizə çox ağır halda, huşu qapalı, komatoz vəziyyətdə daxil olmuşdur.
Son dövr qaraciyər yetməzliyi və bir sıra yanaşı xəstəlikləri səbəbindən xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilmişdir. Intensiv müalicə nəticəsində vəziyyəti nisbətən stabilləşmiş, huşunda aydınlaşma müşahidə olunmuşdur. Hazırda müalicəsi davam etdirilməsinə baxmayaraq vəziyyəti hələ də orta ağır olaraq qiymətləndirilir", - xəstəxanadan bildirilib.