Onun nədə ittiham olunması barədə hələlik açıqlama verilməyib Onun nədə ittiham olunması barədə hələlik açıqlama verilməyib

Naxçıvanın sabiq daxili işlər naziri həbs edilib

Onun nədə ittiham olunması barədə hələlik açıqlama verilməyib

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Ə.Əhmədov prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.

Onun nədə ittiham olunması barədə hələlik açıqlama verilməyib.

Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb.