- Göz önü
- 4 Aprel 2021 13:29
- 6 514
"Bu qərar universitetlər üçün nəzərdə tutulmayıb" - Nazirlik sözçüsü

Bütün ali məktəblərin maraqlandığı məsələ
Təhsil Nazirliyi distant tədrisin daha adekvat olması üçün müxtəlif mexanizmlər tətbiq edir. Alətlər təkmilləşib, təlimlər və metodlar nəticəsində müəllimlərin hazırlıq səviyyəsi yüksəlib.
Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.
“Bu gün bir milyondan artıq şagird və müəllim “Virtual məktəb" layihəsində iştirak edir. Distant təhsilin keyfiyyətinin artması üçün hər ay və hər gün təkmilləşdirilmə işləri görülür. Bununla əlaqədar, ötən ilin müvafiq dövrü ilə müqayisədə hazırda kifayət qədər müsbət nəticələr əldə edilib”.
C. Valehov onu da qeyd edib ki, ənənəvi tədrisin dayandırılması ilə bağlı qərarın universitetlər üçün tətbiqi nəzərdə tutulmayıb.