Ramin Bayramlı və İsrailin ölkəmizdəki səfiri Corc Dik arasında görüş keçirilib Ramin Bayramlı və İsrailin ölkəmizdəki səfiri Corc Dik arasında görüş keçirilib

İsraildən göndərilən yardım TƏBİB-ə təqdim olundu

Ramin Bayramlı və İsrailin ölkəmizdəki səfiri Corc Dik arasında görüş keçirilib

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı və İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik arasında görüş keçirilib.

TƏBİB-dən verilən məlumata görə, görüşdə səfir Corc Dik və rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən İsrail dövlətindən göndərilən tibbi və humanitar yardımın ikinci hissəsi TƏBİB-ə təqdim olunub.

Ramin Bayramlı İsrail dövləti tərəfindən göndərilən humanitar yardıma və Vətən müharibəsində yaralanan qazilərimizin müalicəsində göstərdikləri dəstəyə görə səfirə və israilli həkimlərə təşəkkürünü bildirib.

Daha sonra tərəflər Azərbaycan və İsraildə davam edən vaksinasiya prosesi və COVID-19-la mübarizə tədbirləri çərçivəsində görülən işlər üzrə öz təcrübəsini paylaşıb. Azərbaycan və İsrail mütəxəssislərinin vaksinasiya sahəsində təcrübə mübadiləsi üçün vebinarın keçirilməsi qərarlaşdırılıb.