“Hikmət Hacıyev mənə yaxınlaşıb, dedi ki...” - Kamil Zeynallı

"Ailəsi ilə olduğu üçün bizimlə çox zaman keçirə bilmədi"

Ötən gün fitnes məşqçisi Kamil Zeynallının prezidentin köməkçisi Hikmət Hacıyev və qazilərlə birgə paylaşdığı foto sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

AzNews.az xəbər verir ki, Kamil Zeynallı məsələ ilə bağlı bunları danışıb.

O görüşün plansız baş tutduğunu bildirib: "Biz "Davam" Gənclər Hərəkatı, "YAŞAT" Fondu və "BakuBus" MMC-nin təşkilati dəstəyi ilə 40 qazimizi Türkiyə oyununa apardıq. Stadiona bir qədər yaxın ərazidə düşdük ki, qazilərimiz üçün çətinlik olmasın.

Stadionun yaxınlığında Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev mənə yaxınlaşaraq qazilərə diqqətim və təşkilatçılıq üçün öz təşəkkürünü bildirdi. Hamımızla şəkil çəkdirdi və gedəndə dedi ki, əziz qardaşlar, haqqınızı bizə halal edin. Ailəsi ilə olduğu üçün bizimlə çox zaman keçirə bilmədi".