- Göz önü
- 23 İyun 2021 10:07
- 7 012
Milli Məclisin Aparat rəhbərliyi təltif edildi

Adil Vəliyevə 3-cü dərəcəli dövlət müşaviri dərəcəsi verilib
Milli Məclisin inzibati vəzifələr tutan bir neçə dövlət qulluqçusuna ixtisas dərəcələri təqdim edilib.
AzNews.az bildirir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevə həqiqi dövlət müşaviri ixtisas dərəcəsi, parlament Katibliyinin rəisi Teymur Tağıyevə və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevə 3-cü dərəcəli dövlət müşaviri dərəcəsi verilib.
Qeyd edək ki, inzibati vəzifələr tutan bir qrup dövlət qulluqçusuna ixtisas dərəcələrinin verilməsi haqqında prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.