- Göz önü
- 25 İyun 2021 13:45
- 8 403
“Deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilsin”
“Elə köməkçilər var ki, 10-15 ildir işləyirlər”
“Deputat köməkçisi kimi 3 il müddətinə işləmiş şəxsə dövlət qulluqçusu statusu verilməlidir”.
AzNews.az xəbər verir ki, bu təkliflə deputat Fazil Mustafa çıxış edib. O qeyd edib ki, köməkçilərin fəaliyyəti deputatlarla əlaqədardır: “Elə köməkçilər var ki, 10-15 ildir işləyirlər”.
Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli isə deputatın təklifinə reaksiya verib. O bildirib ki, bu məsələ əvvələr də müzakirə olunub: “Bu institutun yaradılması mütərəqqi haldır. Onu yenidən baxıb müzakirə etmək olar. Deputatlar dəyişir, köməkçilər dəyişir. Onlar imtahan verməlidir. Bu, o qədər asan məsələ deyil. Amma məsələyə yenidən qayıdarıq”.