Vilayət Eyvazov Şuşanın icra başçısının oğluna yeni vəzifə verdi

Müvafiq əmr imzalanıb

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğlu, polis polkovnik-leytenantı Xəlil Səfərova yeni vəzifə verilib.

AzNews.az Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Xəlil Səfərov Baş Mühafizə İdarəsinin mühafizə hissə rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o, bir müddət öncə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunmuşdu.