- Göz önü
- 4 Oktyabr 2021 13:57
- 13 200
Bakı Şəhər Baş Səhiyyə Mərkəzinə yeni direktor təyin olunub

Müvafiq əmr imzalanıb
Bakı Şəhər Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsə yeni direktor təyin olunub.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Elçin Abdurahman oğlu Əmirov təyinat alıb. O, bu gün kollektivə təqdim edilib.
E.Əmirov bu təyinata qədər Şəki Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi vəzifəsində çalışıb.
Qeyd edək ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin keçmiş rəisi Nelli Veyisova tutduğu vəzifədən azad edilib.