- Göz önü
- 16 Oktyabr 2021 17:51
- 7 889
Diplomatik korpus nümayəndələrinin Suqovuşan və Talışa səfəri yekunlaşıb

Diplomatlar Suqovuşan və Talış yaşayış məntəqələrində aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə Azərbaycandakı diplomatik korpusun Suqovuşan qəsəbəsi və Talış kəndinə səfəri yekunlaşıb.
Aznews.az xəbər verir ki, diplomatlar Suqovuşan və Talış yaşayış məntəqələri erməni işğalından azad olunandan sonra burada aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar.