“Əminəm ki, bir il ərzində azərbaycanlılar sərbəst olaraq nəinki Sünikə (Zəngəzur – red.), həm də İrəvana gəlib-gedəcək, biz isə Bakıda və Zəngilanda olacağıq…” Bu sözləri Ermənistan parlamentinin “Vətəndaş anlaşması” partiyasından olan deputatı Armen Xaçatryan bildirib “Əminəm ki, bir il ərzində azərbaycanlılar sərbəst olaraq nəinki Sünikə (Zəngəzur – red.), həm də İrəvana gəlib-gedəcək, biz isə Bakıda və Zəngilanda olacağıq…” Bu sözləri Ermənistan parlamentinin “Vətəndaş anlaşması” partiyasından olan deputatı Armen Xaçatryan bildirib

“Erməni qadınlarını dinləyəndə dəhşətə gəlirəm“ - Tənzilə Rüstəmxanlı

“Əminəm ki, bir il ərzində azərbaycanlılar sərbəst olaraq nəinki Sünikə (Zəngəzur – red.), həm də İrəvana gəlib-gedəcək, biz isə Bakıda və Zəngilanda olacağıq…” Bu sözləri Ermənistan parlamentinin “Vətəndaş anlaşması” partiyasından olan deputatı Armen Xaçatryan bildirib

“Azəri Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlı Yenisabah.az-a açıqlamasında əbədi düşmənçiliklər, eləcə də əbədi dostluqların mümkün olmadığını qeyd edib.

“Dövlətlərin maraqları, mənfəətləri var. Bu gün Ermənistan Azərbaycan dövlətinin mənfəətinə zərər vuracaq hansısa əmələ əl atmasa, o zaman deyilənlərin doğruluq payı ola bilər. Vaxtı ikən onlarla iç-içə yaşamış, qonşu olmuşuq, amma bütün xainliklər, qonşu torpağına göz dikmək, Azərbaycanın dinc əhalisinə zülm etmək, 1988-ci ildən bu yana müxtəlif hadisələrə əl atan məhz ermənilər olub.

Birinci Qarabağ müharibəsində yaşananları hələ millətimiz unutmayıb, İkinci Qarabağ müharibəsində də eyni əzabları yaşadıq. Axı bütün yaşananları necə unutmaq olar?! 1 il çox az müddətdir. Qarabağda olan ermənilər Azərbaycan dövlətinin Konstitusiyasına əməl etdikdən sonra, torpaqlarımıza göz dikməsə, əlbəttə, dövlətlərarası münasibətlər bərpa oluna bilər. İllərlə bütün iqtisadi layihələrdən kənarda qalmaları da 30 ildə uydurduqları mifin nəticəsidir. Biz onların bu mifini yerlə yeksan etmişik. Ona görə də, ağıllarını başlarına yığıb, terror dövləti olmamalıdırlar. Monoetnik respublika olmamalıdırlar.

Elə asan deyil ki, demək ki, Xocalının yaralarını 1 aya, 1 ilə sağaldacam, bu mümkün deyil. Yaralarımız çox təzədir. Hər iki tərəf bir-birinə kin, nifrət qusur. Mən onların qadınlarının danışıqlarını dinləyir, dəhşətə gəlirəm, nifrət dolu danışırlar. Qoy əvvəlcə o erməni deputat öz xalqının içində türk düşmənçiliyini alovlandırmaq məqsədiylə deyilmiş fikirləri, yazılmış kitabları, xəstə düşüncələri yox etsin”.

T.Rüstəmxanlı azərbaycanlıların Ermənistana getmə fikrini də dəyərləndirib:

“Ora bizim evimizdir, Zəngəzurda bizimdir, İrəvanda bizimdir, Amasya da bizimdir. Biz ora ancaq illərin həsrətini silməyə gedə bilərik. Xalqımız, məncə, şəhidlərin haqqını çeynəyib ora kef çəkməyə getməz. Erməni əsarətində olan torpaqlarımızı görməkdən təbii nə var ki. Ermənilərə gəldikdə, o millətə heç güvənmərəm. Qonşum olsa, gecə rahat yata bilmərəm. Bəlkə səhər oyananda övladlarımın, nəvələrimin başını kəsiləcəyimi görəcəyəm”.