Fəxr edirəm ki, Heydər Əliyevin məzun olduğu universitetin rektoruyam - Elçin Babayev

"Əziz məzunlar, uğura gedən yol bir mənalı yox, daim özünü inkişaf etdirməkdən keçir. Siz universitetdə əldə etdiyiniz bu bilik və bacarıqlarınızla dövlətimizin, xalqımızın, ölkəmizin inkişafına yeni-yeni töhfələr verə bilərsiniz".

AzNews.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev "Məzun günü" ilə bağlı keçirilən tədbirdə deyib.

"Bu gün qonaqlarımız arasında nazirlər, deputatlar və media nümayəndələri var. BDU-nun heç şübhəsiz ən böyük məzunu ulu öndər Heydər Əliyevdir. Həmişə mən fəxr edirəm ki, Heydər Əliyevin məzun olduğu Bakı Dövlət Universitetinin rektoruyam", - deyə rektor əlavə edib.

Mövsüm