Millət vəkili ipoteka qiymətlərinin baha olmasına etiraz etdi

“Bu gün hamı istəyir ki, ipoteka ilə istədiyi evi ala bilsin. Amma bu o qədər də asan məsələ deyil. Bu gün Azərbaycanda ipoteka qiymətləri yüksəkdir.Elə qiymətlər tətbiq etmək lazımdır ki, hər bir vətəndaş istədiyi evi ala bilsin”.

AzNews.az xəbər verir ki, bu sözləri millət vəkili Jalə Əhmədova Bakıda keçirilən "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları" mövzusunda konfransda bildirib.

Millət vəkili qeyd edib ki, biz bu məsələni dəfələrlə milli məclisdə qaldırmışıq.

“Xarici ölkələrlə müqayisədə Azərbaycanda ipoteka qiymətləri çox yüksəkdir. Elə ölkələr var ki, insanlar orada ipoteka ilə evə sahib ola bilirlər. Bu gün vətəndaş üçün ən ümdə məsələlərdən biri elə ev mövzusudur. Bu gün o müqavilələrin şərtlərində bir çox boşluqlar var. Elə məsələlər var ki, vətəndaş burada əziyyət çəkir. Vətəndaş problem olanda adiyyatı orqanlara müraciət edir və həll etməyə çalışarkən MMC və MTK arasında qalır. Bu həssaslıqla yanaşılmalı məsələdir”.

Ayan Rzayeva