- Göz önü
- 10 İyul 2023 14:05
- 9 343
Banklar verilən kreditin dəyər qazanmasında vətəndaşa köməklik göstərməlidir - Millət vəkili
“Milli Bankda olan dəyişikliklə bağlı əvvəllər çox böyük narazılıqlarım olub. Amma indi yeni rəhbərliyin dəyişikliklərini dəstəkləyirəm”.
AzNews.az xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev Bakıda keçirilən "Bank mübahisələrinin uğurlu həlli yollar" mövzusunda elmi-praktik konfransda səsləndirib.
“Hesab edirəm ki, biz əvvəllər çox böyük şansları qaçırmışıq. Qonşu ölkələrin bank sistemləri bizdən daha çox irəli gedib. Bu gün bu sahəni inkişaf etdirmək üçün çox işlər görülür. Bank sisteminin və keyfiyyətli iqtisadiyyatın inkişafı üçün sığorta bazarının olması mütləqdir”.
Millət vəkili bildirib ki, bank verilən kreditin dəyər qazanmasında vətəndaşa köməklik göstərməlidir.
“Bəzi problemli kreditlər olur ki, sahibkar ödənişi edə bilmir. Bu zaman bank vətəndaşın qoyduğu girovu ələ keçirməklə kifayətlənməməlidir. Yəni banklar krediti verib əvəzində ödənişinin alınması fəlsəfəsi ilə deyil, eyni zamanda sahibkarın da alınan puldan qazanmasına yardımçı olmalıdır”.
Ayan Rzayeva