- Göz önü
- 23 Dekabr 2023 09:30
- 9 156
Azərbaycanın Prezident təqaüdçüsü vəfat edib
Heydər Əliyev Sarayının keçmiş baş rejissoru, Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Gülçöhrə Şəfiyeva vəfat edib.
Aznews.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.
Bildirilib ki, G.Şəfiyeva bu gün 74 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, G.Şəfiyeva 1949-cu ildə Bakı şəhərində anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Uzun illər Mədəniyyət Nazirliyi mərkəzi aparatında müxtəlif vəzifələrdə çalışıb. Həmçinin Heydər Əliyev Sarayının baş rejissoru kimi fəaliyyət göstərib.