- Göz önü
- 15 Fevral 2024 14:04
- 9 753
Mehriban Əliyeva akademik Arif Paşayevi 90 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayevi 90 illik yubileyi münasibətilə təbrik edib.
Birinci vitse-prezidentin sosial şəbəkə hesablarında paylaşdığı təbrikində deyilir:
"Gözəl ata, qayğıkeş baba, nurlu, mehriban İnsan! 90 illik yubileyin mübarək! Sənə möhkəm cansağlığı və gözəl əhvali-ruhiyyə arzulayıram! Uca Tanrı səni bütün qada-balalardan hifz etsin! Səni çox sevirik! Ömrün uzun olsun! Allah bütün valideynləri qorusun".