9 illik münasibətlərini 9 dəqiqədə sonlandıran Acun Ilıcalı və Şeyma Subaşının evlilik müqaviləsinin şərtləri açıqlanıb. 9 illik münasibətlərini 9 dəqiqədə sonlandıran Acun Ilıcalı və Şeyma Subaşının evlilik müqaviləsinin şərtləri açıqlanıb.

Acun Ilıcalı Şeyma Subaşını evindən çıxaracaq

9 illik münasibətlərini 9 dəqiqədə sonlandıran Acun Ilıcalı və Şeyma Subaşının evlilik müqaviləsinin şərtləri açıqlanıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müqaviləyə əsasən, boşandıqdan sonra Şeyma Subaşı hazırda yaşadığı evdən çıxacaq. Acun Ilıcalı qızı Melisanın adına 10 milyon lirəlik ev alacaq, Şeyma Subaşıya hər ay 115 min lirə aliment ödənəcək, Şeyma evləndiyi təqdirdə bu aliment kəsiləcək.

Tərəflər bir-birlərinin ailələri və özləri haqqında heç bir açıqlama verməyəcək. Hazırlanan protokoldan xaric tərəflər bir-birlərindən heç nə istəməyəcək. Melisanın bütün təhsil xərcləri atası tərəfindən ödənəcək.

Qeyd edək ki, Acun Ilıcalı və Şeyma Subaşı 2009-cu ildə “Var mısın yok musun?” yarışmasında tanış olub. Onların 2014-cu ildə Melisa adlı qızları dünyaya gəlib. Cütlük 2017-ci ilin sentyabr ayında evlənib, ötən həftə boşanıb.

Nigar CƏFƏR

AzNews.az