Müğənni dünən alış-veriş mərkəzlərinin birində müxbirlərlə qarşılaşıb. Müğənni dünən alış-veriş mərkəzlərinin birində müxbirlərlə qarşılaşıb.

Alişan ekranlara geri dönür

Müğənni dünən alış-veriş mərkəzlərinin birində müxbirlərlə qarşılaşıb.

Türkiyəli müğənni Alişan bir televiziya layihəsi üçün yenidən ekranlarda olacağını deyib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur müğənni dünən alış-veriş mərkəzlərinin birində müxbirlərlə qarşılaşıb.

Ata olmağa gün saydığını deyən müğənni “Bütün hazırlıqlar tamamlandı. Hər gün həyəcanımız biraz daha artır. Tək istəyimiz oğlumuzun sağlıqlı bir şəkildə dünyaya gəlməsidir” deyib.

Alişan yeni bir televiziya layihəsi üçün razılaşma imzaladıqlarını və yaxın zamanlarda televiziyaya geri qayıdacağını deyib.

Nigar CƏFƏR

AzNews.az