"Sənəddə Azərbaycanın bir sıra sahələrdə qazandığı uğurlar öz əksini tapıb" "Sənəddə Azərbaycanın bir sıra sahələrdə qazandığı uğurlar öz əksini tapıb"

"Hesabat real faktlara əsaslanır" - Fazil Müstafa

"Sənəddə Azərbaycanın bir sıra sahələrdə qazandığı uğurlar öz əksini tapıb"

Yeni hesabatda Azərbaycanın bir sıra sahələrdə qazandığı uğurlar, xüsusilə sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunması, əhalinin elektriklə təchizatı səviyyəsinə görə 100 faiz bal almaqla, dünyada ilk pilləyə yüksəlməsi, habelə, digər sahələrdə də irəliləyişlər öz əksini tapıb.

İctimaiyyətə təqdim olunan yeni hesabata münasibət bildirmək üçün Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafaya müraciət etdik. O dedi:

"Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı ilə tanışam. Yeni hesabat yeni metodologiya əsasında hazırlanıb. Yəni, əksər maddələr yenilənib. Bir sıra sahələrdə Azərbaycanın adının ön yerlərdə çəkilməsi qürurverici haldır. Konkret 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqeyinin xeyli yaxşılaşdığı, sürətlə irəlilədiyi göstərilir.

Mən konkret olaraq, biznesin dinamikliyi reytinqi üzərində dayanmaq istərdim. Bu göstərici üzrə respublikamızın adı 140 ölkə arasında 31-ci yerdədir. Hesab edirəm ki, bu, çox önəmli bir göstəricidir. Onu da qeyd edim ki, Dünya İqtisadi Forumunun bu hesabatı real faktlara əsaslanır. Çünki həqiqətən də, Azərbaycanda son dövrlər biznes mühitinin xeyli dərəcədə sağlamlaşdırılması, müsbət yöndə dəyişməsi istiqamətində xeyli iş görülüb.

Dövlət başçısının sahibkarlıq fəaliyyətinin inkişafına xüsusi diqqət ayırmasını qeyd etmək istərdim. Bəzi məmurların bu sahadə yaratdığı problemlər olmasaydı, ölkəmizin adı daha yüksək yerlərdə qərarlaşa bilərdi. Bu problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər də ölkəmizin beynəlxalq aləmdə reytinqini artırmışdır. Qazanılan uğurlarda, əlbəttə ki, ölkə Prezidentinin qətiyyətli mövqeyi xüsusi qeyd olunmalıdır.

Hesab edirəm ki, bu hesabatın hazırlanmasında tərəfli yanaşma ola bilməz. Çünki bütün göstəricilər real, obyektiv faktlara əsaslanır. Bu, eyni zamanda, həyata keçirilən islahatları əks etdirən bir göstəricidir.
Son 15 ildə ölkəmizin bütün sahələr üzrə qazandığı nailiyyətlər göz qabağındadır. Bizim regionumuzda vəziyyətin çox ağır olması dünya ictimaiyyətinə də bəllidir. Hər gün kifayət qədər ağır problemlərin yaşandığının, demokratik fəlakətin şahidi oluruq. Belə bir mühitdə Azərbaycanın son 15 ildə hər hansı bir təlatüm yaşamadan iqtisadiyyatı doğru model üzərində qurması, gələcəyə yönəldilən islahatların aparılması, təbii ki, dövlət başçısının düzgün müəyyənləşdirdiyi siyasətin bəhrəsidir. Hesab edirəm ki, ölkə Prezidentinin həyata keçirdiyi bu siyasət nüfuzlu beynəlxalq təşkilat tərəfindən layiqli qiymətini alıb.(Xalq qəzeti).

AzNews.az