• Tribuna
  • 6 Noyabr 2018 15:57
  •  2 447

"Məmurların, qurumların sayını azaltmaqla daha çox vəsait əldə edə bilərik"

"Kinematoqrafiyaya pul ayrılmasın"

Təhsil sahəsində çox ciddi islahatlar həyata keçirilməlidir. Universitetlərin özəlləşdirilməsi, mövcud universitetlərin birləşdirilməsi istiqamətində işlər aparılmalıdır. Belə olan təqdirdə onlar geniş maliyyə vəsaitləri ilə özlərini təmin edə bilərlər.

Bunu deputat Asim Mollazadə parlamentdə büdcə müzakirələrində deyib.

Deputat bildirib ki, dünyanın heç bir ölkəsində kinematoqrafiyaya dövlət büdcəsindən vəsait ayrılmır:

“Ancaq müvafiq iş adamının daha böyük həcmdə verdiyi böyük dəstəklə gözəl kinolar çəkilə bilər. Mən bir şeyi xatırlatmaq istəyirəm ki, Heydər Əliyev Fondunun dəstəyi ilə ABŞ-da, Avropanın bir sıra ölkələrində bir sıra layihələr həyata keçirilir.

Heydər Əliyev Fondu çox yığcam aparata malik olan qurumdur. Bu qurum Azərbaycan təhsilinin, mədəniyyətinin inkişafı üçün bizim böyük aparatlara malik olan nazirliklərdən daha xeyirli, səmərəli işlər görür.

Biz məmurların, müvafiq qurumların sayını azaltmaqla daha çox vəsait əldə edə bilərik. Azərbaycan xalqı ona görə islam və türk dünyasının lideri olub ki, bizə Tanrı tərəfindən neft verilib və əsrin əvvəllərində mədəniyyətimizi, təhsilimizi inkişaf etdirə bilmişik. Bu dəfə də neft var. Ancaq biz bunu səmərəli şəkildə xərcləməliyik”. (oxu.az)

© AzNews.az