“Pensiya islahatlarının müsbət nəticəsini görmürəm” “Pensiya islahatlarının müsbət nəticəsini görmürəm”
  • Tribuna
  • 14 Noyabr 2018 16:27
  •  2 400

Vahid Əhmədov pensiya sistemindən gileyləndi: “Nəyə görə yaş həddini 65-ə qaldırmışıq?”

“Pensiya islahatlarının müsbət nəticəsini görmürəm”


“Azərbaycanda qadınların və kişilərin pensiya yaş həddini eyniləşdirdik. Bu, dövlət büdcəsinə əlavə vəsait gətirdimi? Son 10 ildə yaşa görə pensiyaya çıxmanı 2 dəfə dəyişmişik. Ölkədə pensiya islahatlarının müsbət nəticəsini görmürəm”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, pensiya sistemi haqqında qanuna yenidən baxmağa böyük ehtiyac var: “Təklif edirəm ki, pensiya yaşı ilə əlaqədar məsələyə çox ciddi baxılsın. Ölkələr var ki, orada bir işləyənə bir pensiyaçı, Azərbaycanda isə bir pensiyaçıya 3 nəfər işləyən düşür. Nəyə görə biz yaş həddini 65-ə qaldırmışıq? Qadınlar üçün isə heç başadüşülən deyil”.

Elgün
AzNews.az