"Bakı ilə Yerevanı müqayisə etmək mümkün deyil". "Bakı ilə Yerevanı müqayisə etmək mümkün deyil".
  • Tribuna
  • 7 Dekabr 2018 18:56
  •  3 368

Əflatun Amaşov: Ermənistanda sosial vəziyyət ağırdır

"Bakı ilə Yerevanı müqayisə etmək mümkün deyil".

Ermənistanda sosial vəziyyət ağırdır.

Bunu Bakıda jurnalistlərə açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin Ermənistanın paytaxtı Yerevanda keçirilən 52-ci sessiyasında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Deputat qeyd edib ki, yolların kənarındakı binalardan oradakı vəziyyətin necə olduğu aydın görünürdü: “Biz, əsasən, şəhərin mərkəzində olduq. Ölkə seçki ərəfəsindədir. Hava limanından şəhərə gedərkən yollardan, yolların kənarındakı binalardan oradakı vəziyyətin necə olduğu aydın görünürdü. Bakı ilə Yerevanı müqayisə etmək mümkün deyil. Dəyişiklik, fərq çox böyükdür”.

Ə.Amaşov Yerevandakı Göy Məscidə baş çəkdiklərini də diqqətə çatdırıb: “Parlament Məclisinin Azərbaycandan olan baş katibi Asəf Hacıyevlə fürsətdən istifadə edərək Yerevandakı Göy Məscidə baş çəkdik. Göy Məscid Azərbaycanın tarixi abidələrindən biridir. 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə inşa edilib. XIX əsrin II yarısında Ermənistanda təqribən 300-ə yaxın məscid fəaliyyət göstərib. Hətta 1990-cı illərə qədər də bir sıra məscidlər fəaliyyət göstərib. Bizim baş çəkdiyimiz Göy Məscid isə indi Ermənistanda olan yeganə məsciddir. 1995-ci ildən Ermənistan hökuməti ilə İran hökuməti arasında razılığa əsasən məscid İran tərəfinin maliyyəsi ilə təmir olunub. Hazırda bu məscid İranın Ermənistanda mədəniyyət mərkəzlərindən biri hesab olunur”. (trend)

AzNews.az