"Bütün dünya azərbaycanlılarının güvənc yeri Azərbaycan Respublikasıdır". "Bütün dünya azərbaycanlılarının güvənc yeri Azərbaycan Respublikasıdır".
  • Tribuna
  • 3 Yanvar 2019 17:13
  •  2 368

“Prezidentin çıxışı əminlik yaratdı” - Deputat

"Bütün dünya azərbaycanlılarının güvənc yeri Azərbaycan Respublikasıdır".

“Cənab Prezidentin təbriki bütün dünya azərbaycanlılarına ünvanlanmış bir təbrik idi. Çünki bütün dünya azərbaycanlılarının güvənc yeri Azərbaycan Respublikasıdır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Dövlət başçısı il ərzində əldə edilən uğurlardan danışıb, gələcək planlara toxunub.

A.Hüseynov qeyd edib ki, Prezident İlham Əliyev bu müraciəti ilə azərbaycanlıları bir daha sevindirib:

“Biz bu müraciətlə Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəkdə daha böyük nailiyyətlər qazanacağına bir daha əmin olduq. Cənab Prezident Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədini bu münasibətlərin nə qədər yüksək səviyyədə olmasının təzahürü adlandırdı. Bu sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox aydın fikirlərin öz əksini tapdığını vurğuladı. Bu, əlbəttə, ölkəmizin siyasi uğurudur. Cənab Prezident eyni zamanda ölkəmizin iqtisadi uğurlarına toxundu, müstəqil iqtisadi siyasət yürütməsi istiqamətində öz fikirlərini bildirdi”.

A.Hüseynov qeyd edib ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ probleminin həlli istiqamətində müsbət nəticələrin olacağı ilə bağlı öz fikirlərini açıqlayıb:

“Çünki Azərbaycan bu illər ərzində öz ordusunu daha da gücləndirib. 2018-ci ildə Naxçıvanda böyük bir ərazini nəzarətə götürüb. Biz ordumuzun gücünü ötən il keçirilən iki hərbi paradda əyani şəkildə gördük. Bundan başqa Azərbaycan beynəlxalq aləmdə öz nüfuzunu daha da artırır. Ermənistanın bütün layihələrdən təcrid edilməsində, eyni zamanda bu ölkədə 20 il hökm sürən xuntanın iflasa uğramasında, əlbəttə Azərbaycanın böyük rolu var. Çünki Azərbaycan Ermənistanı bütün sahələrdə təcrid edib, hərbi cəhətdən üstələyib. Bir daha qeyd etmək istərdim ki, cənab prezidentin təbriki bütövlükdə Azərbaycanın hər bir sahədə uğurlar əldə edəcəyinə əminlik yaratdı”.(teleqraf.com)

© AzNews.az