Yanvarın 14-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzaladı. Yanvarın 14-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzaladı.
  • Tribuna
  • 15 Yanvar 2019 16:39
  •  2 531

“Azərbaycanda çevik idarəetmə sisteminə böyük maraq var” - Deputat

Yanvarın 14-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzaladı.

Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil ediləcək.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv olundu. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi fəaliyyətini dayandırdı. Onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil ediləcək.

Ölkə prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanı ilə bağlı fikirlərini bölüşən millət vəkili Aydın Mirzəzadə deyib ki, Müdafiə Sənayesi Nazirliyinin “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi dövlətin bir başa istehsalda iştirakından geri çəkildiyini göstərdi. Millət vəkilinin sözlərinə görə, bir qayda olaraq hüquqi demokratik dövlətlər iqtisadiyyatı tənzimləyir, özləri bir başa istehsalda iştirak etmirlər: “Digər tərəfdən bu gün hökumət yanında fəaliyyət göstərən bir sıra qurumların ləğv edilməsi labüd görünürdü. Günün aktual məsələlərindən biri idi. Müəyyən katibliklərin və ya qurumların ictimai əsaslarla fəaliyyət göstərməsi dövlət büdcəsinə qənaət etməyə imkan verəcək. Azərbaycanda çevik idarəetmə sisteminə böyük maraq var. Güman edirəm ki, bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da davam etdiriləcək”.

Millət vəkili bildirib ki, Prezident yanvarın 11-də Nazirlər Kabinetinin iclasında islahatlar siyasətinin davam etdiriləcəyini söyləmişdi. Dövlətimizin başçısı idarəetmənin daha çevik mərhələyə çatması ilə bağlı anons vermişdi: “Ötən gün bu istiqamətdə bir neçə ciddi addımlar atıldı. Düşünürəm ki, bu istiqamətdə atılan addımlar çox tez bir zamanda öz bəhrəsini verəcək”.(hafta.az)

© AzNews.az