• Tribuna
  • 25 Yanvar 2019 18:03
  •  753

Xalq AXCP - "Milli Şura" birliyini yaxşı tanıyır - Millət vəkili

"Azərbaycan xalqı indi hakimiyyətə gəlmək iddiası ilə çıxış etməyə cəhd göstərən, əslində heç bir sosial dayağı olmayan AXCP- "Milli Şura" birliyini yaxşı tanıyır.

Bir il ərzində hakimiyyətdə oldular. Ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Anarxiya, özbaşınalıq tüğyan elədi. Rüşvətxorluq, dövlət əmlakını mənimsəmə hallarının sayı-hesabı yox idi. Bütün bunlar indi özünü siyasi müxalifət kimi Azərbaycan xalqına sırımağa cəhd edənlərin dövründə baş verib. Xalqımız müdrik və uzaqgörəndir. Kimin arxasınca gedəcəyinə hələ 1993-cü ildə qərar verib".

Bunu hafta.az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib. Millət vəkili bildirib ki, Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqdir: "Ən doğru istiqaətimiz də məhz budur. İndi Azərbaycan sabitlik adasıdır. Dayanıqlı inkişaf mövcuddur. Güclü orduya malikik. Bütün bunlar prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində formalaşıb. İndi radikal baxış sərgiləyən, Azərbaycana qara yaxan bəzi üzdəniraqların xaricdən, bizi istəməyənlər tərəfindən maliyyələşdirildiyini ən sadə vətəndaşımız da bilir. Ona görə də onların arxasınca getmək istəmirlər. Heç belə niyyətləri də yoxdur. Çünki xalq sabitliyin qarantının arxasınca gedir".

AzNews.az