300 milyonluq bir gücün mərkəzləşməsi və birliyi artıq reallığa çevrilir 300 milyonluq bir gücün mərkəzləşməsi və birliyi artıq reallığa çevrilir
  • Tribuna
  • 16 Oktyabr 2019 17:55
  •  4 375

Türk dünyasının potensialı onun birliyini daha da sürətləndirəcək

300 milyonluq bir gücün mərkəzləşməsi və birliyi artıq reallığa çevrilir

“Türk dünyası güc mərkəzinə çevrilir”.

Bu sözləri AzNews.az-a açıqlamasında “SinerjiPro”nun rəhbəri, iqtisadi analitik Ufuk Aydın bildirib.

O deyib ki, 300 milyonluq bir gücün mərkəzləşməsi və birliyi artıq reallığa çevrilir:

"Bu gün Türk dünyasının potensialı onun birliyini daha da sürətləndirəcək. Zəngin təbii resurslara malik olan Türk dünyası malik olduğu potensialı düzgün istiqamətləndirməlidir.

Güclü, vətənpərvər, milli kadrlar birliyin inteqrasiyasında mühüm rol oynayacaqlar. Böyük liderlərimiz bu məsələdə düzgün siyasət aparırlar. Nəticədə öz bəhrəsini verir.

Siyasi-iqtisadi, mədəni və sosial əlaqələr gücləndikcə, birliyin təməlləri daha da güclü olacaq”.

AzNews.az