İki devalvasiyadan sonra xüsusilə aztəminatlı əhalinin vəziyyətində problemlər yaranıb İki devalvasiyadan sonra xüsusilə aztəminatlı əhalinin vəziyyətində problemlər yaranıb
  • Tribuna
  • 13 Noyabr 2019 15:37
  •  5 686

Pensiyaların aşağı həddini, həmçinin yaşayış minimumunu artırmalıyıq - Deputat

İki devalvasiyadan sonra xüsusilə aztəminatlı əhalinin vəziyyətində problemlər yaranıb

Deputat Qüdrət Həsənquliyev Milli Məclisdəki büdcə müzakirələrindəki çıxışı zamanı bir sıra mühüm təkliflərlə çıxış etdi. “Bu il əlil və şəhid ailələrinə 934 mənzil veriləcək.

Gələn il dövlət büdcəsindən isə həmin kateqoriyadan olan insanlar üçün mənzil tikintisinə 110 milyon manat vəsait ayrılıb”, deyə, deputat bidlirdi.

Əlavə etdi ki, bu vəsait azdır: “Şəxsən mənim tanıdığım 20 Yanvar əlilləri var ki, onlar indiyə qədər mənzil ala bilməyiblər. Nə qədər adam mənzil almaq üçün növbədə durub”. Q.Həsənquliyev ardınca qeyd edib ki, məcburi köçkünlər üçün mənzil tikintisinə 200 milyon manat vəsait ayrılıb: “Bu insanlar illərdir ki, ev-eşiyini itiriblər. Onlar nə qədər növbə gözləməlidirlər? Birinci vitse-prezident Mehriban Əliyeva çox sağ olsun ki, onun təşəbbüsü ilə, Paşa-Holdinq tərəfindən məcburi köçkünlər üçün böyük bir kompleks tikildi. Amma bu, yetərli deyil. Hesab edirəm ki, bu məsələ hər birimizi düşündürməlidir”.

Q.Həsənquliyev bildirdi ki, digər sahələr üçün, həmçinin beynəlxalq tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan vəsaiti, 878 milyon manatı qaçqınların, əlil və şəhid ailərinin mənzil tikintisinə ayırmaq lazımdır. Bildirdi ki, onsuz da beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqədar olaraq hər bir qurumun büdcəsində vəsait nəzərdə tutulur. Həmçinin Prezidentin Ehtiyat Fondundakı 300 milyonluq vəsaitdən lazım gələrsə, bu məqsəd üçün vəsait ayrıla bilər. Deputat qeyd etdi ki, iki devalvasiyadan sonra xüsusilə aztəminatlı əhalinin vəziyyətində problemlər yaranıb. “Biz pensiyaların aşağı həddini, həmçinin yaşayış minimumunu artırmalıyıq”, deputat daha sonra bildirdi.

Q.Həsənquliyev il ərzində cəmi 1243 adamın sığorta almasını da təəccüblə qarşıladığını dedi.

AzNews.az