İbrahim Məmmədov Əli Əsədova təşəkkür etdi

Ayaz Mirzəyevə bundan sonrakı işlərində böyük uğurlar arzulayıram

Nazirlər Kabinetində yüksək vəzifə alan tanınmış jurnalist İbrahim Məmmədov Baş nazir Əli Əsədova təşəkkür edib.

AzNews.az xəbər verir ki, İbrahim Məmmədov ona edilən etimadı doğrultmağa çalışacağına söz verib:

“Bu gün Baş nazir Əli Əsədovun sərəncamı ilə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin olundum. Mənə göstərilən yüksək etimada görə təşəkkür edirəm! Artıq bir aydan çoxdur ki, Prezident İlham Əliyev yeni Baş nazir təyin edib və Nazirlər Kabinetinin qarşısında iqtisadiyyatda dönüş etmək üçün mühüm tapşırıqlar qoyub. Prezidentin dərin islahatlarla bağlı siyasi iradəsini icra etmək məqsədilə Nazirlər Kabinetinə yeni kadrlar cəlb olunub. Yeni iş tempi, fəaliyyət metodları, yeni yanaşmalar tətbiq edilməkdədir. Qarşısında ciddi vəzifələr qoyulmuş və gözləntilərin yüksək olduğu bu komanda ilə işləmək şansı verildiyi üçün çox məmnunam və etimadı doğrultmağa çalışacağam. Bir daha hər kəsə minnətdaram! Əvvəlki mətbuat xidmətinin rəhbəri, dostum Ayaz Mirzəyevə bundan sonrakı işlərində böyük uğurlar arzulayır və əməkdaşlığa ümid edirəm”.

Qeyd edək ki, Baş nazir Əli Əsədovun sərəncamı ilə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin olunub.

Bahar RÜSTƏMLİ

AzNews.az