Uzun illərin təcrübəsi üzərinə enerji, dinamizm və yeni nəfəs gəldi Uzun illərin təcrübəsi üzərinə enerji, dinamizm və yeni nəfəs gəldi
  • Tribuna
  • 29 Noyabr 2019 16:36
  •  4 565

Bahar Muradova yeni Ombudsmanın təyinatından danışdı

Uzun illərin təcrübəsi üzərinə enerji, dinamizm və yeni nəfəs gəldi

“Varisliyə əsaslanan inkişaf üçün hər şey var”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova yeni Ombudsman Səbinə Əliyevanın təyinatından danışarkən deyib.

O, qeyd edib ki, Azərbaycan Milli Məclisi müstəqillik tariximizin nailiyyətlərindən biri sayılan İnsan Hüquqları üzrə Müvəkkil institutunun həyatında növbəti əhəmiyyətli addımı atıb:

“Dönəm etibarı ilə üçüncü, Ombudsman olaraq isə ikinci seçimi təsdiq etdi.

Uzun illərin təcrübəsi üzərinə enerji, dinamizm və yeni nəfəs gəldi.

Deməli varisliyə əsaslanan inkişaf üçün hər şey var”.

Bahar Muradova Azərbaycanın İnsan Hüquqları üzrə sabiq Müvəkkili Elmira Süleymanovaya dərin minnətdarlığımı bildirib.

Bahar RÜSTƏMLİ

AzNews.az