"Biz hər dəfə görürük ki, Ermənistan hakimiyyəti insanlığa düşmən kəsilən fikirlərlə çıxış edirlər" "Biz hər dəfə görürük ki, Ermənistan hakimiyyəti insanlığa düşmən kəsilən fikirlərlə çıxış edirlər"
  • Tribuna
  • 18 Avqust 2020 18:00
  •  11 918

Deputat: "Paşinyan hakimiyyəti növbəti dəfə özünü biabır etdi" - VİDEO

"Biz hər dəfə görürük ki, Ermənistan hakimiyyəti insanlığa düşmən kəsilən fikirlərlə çıxış edirlər"

"Dağlıq Qarabağın qondarma hakimiyyətinin başçısı Arayik Harutyunyan çox təxribatçı və sərsəm fikirlər söyləyib. O deyib ki, Azərbaycanın ikinci şəhəri olan Gəncəni bombalaya bilərlər. Bu, özlüyündə çox təxribatçı və faşizm ideologiyasına xidmətin bariz nümunəsidir".

AzNews.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O bildirib ki, Ermənistan hakimiyyəti hər dəfə insanlığa düşmən kəsilən fikirlərlə çıxış edir: "Elə bu yaxınlarda biz Tovuz hadisələrində bunu əyani gördük. Təxribata əl atan Ermənistan ordusu Azərbaycanın şanlı ordusu tərəfindən darmadağın edildi, çoxsaylı canlı itki verdilər. Paşinyan hakimiyyəti növbəti dəfə həm öz xalqı qarşısında, həm də dünya birliyi qarşısında özünü biabır etdi. Bu bəyanat da ermənilərin düşmən münasibətini, faşizmə xidmət etdiklərini dünyaya göstərir".

"Azərbaycan xalqı artıq dünya birliyindən, BMT başda olmaqla beynəlxalq təşkilatlardan, əsasən də ATƏT-in Minsk qrupundan konkret mövqe və fəaliyyət gözləyir. Artıq illərdir ki, biz Minsk qrupunun ölkəmizə tur səfərlərinin şahidiyik və illərdir gedən danışıqlarda, onların bəyanatlarında hələ ki məsələnin çözülməsinə heç bir konkret fayda görməmişik. Cənab Prezident həm onlarla görüşündə, həm də xalqa müraciətində bu fikirlərə istinad edib ki, artıq biz bu fəaliyyətdən yorulmuşuq. Bizə konkret fəaliyyət və mövqe lazımdır. İndi bu bəyanatla da biz beynəlxalq təşkilatların susduğunu görürük. Təkrar edirəm ki, hal-hazırda biz BMT-nin Baş Assambleyasından, bütün beynəlxalq təşkilatlardan, böyük dövlətlərdən bəyanata konkret mövqe, cavab və fəaliyyət gözləyirik", - deyə V. İskəndərov vurğulayıb.

AzNews.az