Şuşanı gələcək il Türk dünyasının mədəniyyət paytaxtı olaraq görməkdən qürur duyacağıq Şuşanı gələcək il Türk dünyasının mədəniyyət paytaxtı olaraq görməkdən qürur duyacağıq
  • Tribuna
  • 16 İyun 2021 16:46
  •  9 566

Türkiyə Prezidenti: “Xarıbülbül” festivalı dünyaya mesajdır

Şuşanı gələcək il Türk dünyasının mədəniyyət paytaxtı olaraq görməkdən qürur duyacağıq

“Dünən Şuşadaydıq. Şuşa ədəbiyyatın, sənətin, mədəniyyətin ən yüksək səviyyədə yaşadığı və yaşadıldığı şəhər olub”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin xüsusi iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, Şuşa Molla Pənah Vaqifdən başlayaraq ədəbiyyatın vəsfini qoruyub:

“Şuşa dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Natəvanın, Rəşid Behbudovun və daha neçə sənətkarların, şairlərin yurdudur. Əhməd Ağaoğlu kimi təkcə Azərbaycanda deyil, Türkiyədə də məşhur olan dahilərin məkanı olan Şuşa ayağa qalxır. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi və ötən günlərdə Şuşada keçirilən “Xarıbülbül” festivalı dünyaya bununla bağlı verilən mesajdır. Vaqif şeir festivalının da keçirilməsi üçün hazırlıqlar getməkdədir. Şuşanı gələcək il Türk dünyasının mədəniyyət paytaxtı olaraq görməkdən qürur duyacağıq. Türk dünyasının dörd bir yanından gələcək mədəniyyət və sənət xadimləri bu gözəl şəhərdə görüşəcək”.