Azərbaycanda “5-ci kalon” aktivləşdi — Xədicə İsmayıl yenə iş başındadır…

Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı başlanan hücum kampaniyası ölkə daxilində “5-ci kalon” tərəfindən də həyata keçirilir. “5-ci kalon”un əsas missiyası AŞPA-nın Azərbaycana qarşı ittihamlarını legitimləşdirmək, bunu ictimai rəyə qəbul etdirməkdir. Bu məqsədlə onlar Azərbaycana qarşı hücumu “insan haqları”, “demokratiya” məsələlərinə bağlayır. Guya AŞPA-nın məqsədi rəsmi şəkildə elan etdikləri kimi, “Qarabağda erməni əhalisinin hüquqlarının” qorunması, Ermənistanın maraqlarının müdafiəsi yox, “insan haqları”, “demokratiyadır”.

“5-ci kalon”un əsas siması rolunda Xədicə İsmayıl çıxış edir. Xədicə İsmayılın məşhur tərcümeyi-halı onun anti-Azərbaycan şəbəkəsinin ən aktiv üzvü olduğunu isbat edir. Lakin maraqlıdır ki, bu dəfə Xədicə İsmayıl “arxa planda” qalmağı seçərək, “5-ci kalon”un fəaliyyətini idarə etmək missiyasını həyata keçirir. Onun rəhbərlik etdiyi şəbəkə AŞPA-nın anti-Azərbaycan kampaniyasını “Toplum TV” platformasında davam etdirirlər.

“Toplum TV”-nin Avropada anti-Azərbaycan qüvvələrə bağlı olduğu sirr deyil. Onların maliyyə mənbəyi də bir müddət öncə ifşa edilən “Abzas.net”in sponsorlarıdır. Anti-Azərbaycan şəbəkəsi adətən birdən çox patforma yaradır ki, biri ifşa ediləndə öz planlarını digəri üzərindən həyata keçirsinlər. “Toplum TV”-də “Abzas.net”in işini davam etdirir və bu prosesə rəhbərlik edən də Xədicə İsmayıldır.

“5-ci kalon”un AŞPA-da başlanan və Avropada anti-Azərbaycan şəbəkəsinin geniş şəkildə apardığı kampaniyanı ölkə daxilində davam etdirməsi mexanizmləri maraqlıdır.

Birincisi, Azərbaycana qarşı ittihamları informasiya olaraq ictimai rəyə təqdim edilər. Misal üçün, “Toplum TV”-nin xəbər lentinə nəzər yetirdikdə başdan ayağa AŞPA-nın Azərbaycan haqqında iddiaları ilə bəzəndiyini görmək olar.

İkincisi, AŞPA-da təmsil olunan, yaxud anti-Azərbaycan şəbəkəsinin üzvlərinin ittiham dolu rəyləri tirajlanır. Bununla çirkli informasiya bumu yaradırlar.

Üçüncüsü, kampaniyanı sosial şəbəkələrdə daha açıq və aktiv şəkildə həyata keçirirlər. “Toplum TV”-nin sosial şəbəkə hesablarına nəzər yetirdikdə bunu görmək olur.

Misal üçün, “Toplum TV”-nin “youtube” kanalının şərh bölməsi başdan ayağa anti-Azərbaycan şəbəkəsinin iddialarının müdafiəsinə həsr olunub. Əslində bu, öncədən hazırlanır.

Məlumatlara görə, Xədicə İsmayıl və onun şəbəkəsi sadə dillə desək, sosial şəbəkələrdə “trolluq” edərək, Azərbaycan əleyhinə fikirlərin daha çox önə çıxmasına çalışır.

Təbii ki, onlar bütün bunlara görə ödəniş əldə edirlər. “Toplum TV”-nin şübhəli maliyyə mənbələri də bunu deməyə əsas verir.

Göründüyü kimi, Azərbaycana qarşı Ermənistanın maraqlarının müdafiəsinə hesablanmış qarayaxma kampaniyasını ölkə daxilində icra edən “5-ci kalon” aktivləşib və bu şəbəkənin kimlərdən ibarət olduğu da ortadadır!


Vaqif Hüseynli
Demokrat.az