Yunan gəmisinin fəaliyyəti Türkiyə Hərbi Dəniz Qüvvələri tərəfindən əngəllənib. Yunan gəmisinin fəaliyyəti Türkiyə Hərbi Dəniz Qüvvələri tərəfindən əngəllənib.

Türkiyə yunan gəmisini əngəllədi: Aralıq dənizində gərginlik - Yenilənib

Yunan gəmisinin fəaliyyəti Türkiyə Hərbi Dəniz Qüvvələri tərəfindən əngəllənib.

AzNews.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasına görə, yunan gəmisinin fəaliyyəti Hərbi Dəniz Qüvvələri tərəfindən dayandırılıb.

XİN Türkiyənin beynəlxalq hüququn verdiyi müstəqil haqq və səlahiyyətlərdən istifadə edəcəklərini bildirib.

Türkiyə XİN Yunanıstanın regionda qarşıdurma yaradacaq münasibətlərdən çəkinməsi gərəkdiyini vurğulayıb.

--------
12:43

Aralıq dənizində Yunanıstan və Türkiyə arasında gərginlik yaşanıb.

AzNews.az “Yeni Şafak” qəzetinə istinadən bildirir ki, yunan döyüş gəmisi “HS Nikiforos Focas” Türkiyənin “Barbaros” seysmik tədqiqat gəmisini izləməyə başlayıb.

“Barbaros” gəmisinin fəaliyyətinə görə Türkiyə səfirliyinin nümayəndəsi Yunanıstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Digər tərəfdən isə yunan mətbuatı “Barbaros” gəmisinin Kiprin qərbində olduğuna dair radar görüntüləri paylaşıb.

Nurlan AĞA
AzNews.az