Bu isə 15 min avtomobilin yollardan azalması deməkdir Bu isə 15 min avtomobilin yollardan azalması deməkdir

Yeni açılan metro stansiyasından hər gün 700 min sərnişin istifadə edəcək - Ərdoğan

Bu isə 15 min avtomobilin yollardan azalması deməkdir

Türkiyənin İstanbul şəhərində Üsküdar - Çekmeköy metro xəttinin açılışı olub. Açılışda ölkə başçısı Rəcəb Tayyib Ərdoğan iştirak edib və maraqlı açıqlamalar verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident yeni xəttin uzunluğunun 9.5 kilometrə çatdığını, stansiyaların sayının isə 7-yə qalxdığını bildirib.

"Ölkəmizin ilk sürücüsüz metrosunun bu xəttində 11 ay ərzində 15 milyon sərnişin istifadə edib. Yeni stansıyanın açılışı ilə hər kəs Çekmeköyə 27 dəqiqəyə gedə biləcək. Günlük sərnişin daşınması isə 700 minə qədər olacaq. Bu isə 15 min avtomobilin yollardan azalması deməkdir.

Önümüzdəki ildə isə Mecidiyeköy- Mahmutbey xəttinin bir qismi olan Sabiha Gökçen - Kaynarca xətti istifadəyə veriləcək.

Metro xəttinin tikintisində əməyi keçən hər kəsə minnətdarlıq edirəm" - deyə Ərdoğan qeyd edib.

Babək Göyüş

© AzNews.az