Türkiyədə “15 iyul” hərbi çevrilişinə cəhdlə bağlı yeni fakt aşkarlanıb. Türkiyədə “15 iyul” hərbi çevrilişinə cəhdlə bağlı yeni fakt aşkarlanıb.

“15 iyul” çevriliş cəhdi ilə bağlı yeni görüntülər üzə çıxdı - FOTO

Türkiyədə “15 iyul” hərbi çevrilişinə cəhdlə bağlı yeni fakt aşkarlanıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kamera görüntüləri çevrilişə cəhd edənlərin 16 iyulun ilk saatlarında da Baş qərargaha silah daşıdığını göstərir.

Buradan məlum olur ki, çevrilişə cəhd etmiş şəxslər son ana qədər silah və sursat daşıyıblar.

Bu silahlar qərargahın içərisində yeri müəyyənləşdirilmiş şəxslərə verilibmiş.

Görüntüdən məlum olur ki, komandanlığa aid helikopter 16 iyul səhərində qərargaha eniş edir.

Bu zaman isə bir qrup əsgər helikopterdən çox sayda silah boşaltmağa başlayır.

Görüntülər məhkəmə prosesinə sübut olaraq daxil olunub.

Nurlan AĞA
AzNews.az