Qadınlara qarşı zorakılığa sərt reaksiyaları ilə tanınan aparıcı boşanır Qadınlara qarşı zorakılığa sərt reaksiyaları ilə tanınan aparıcı boşanır

Məşhur aparıcı arvadını döydü, xəstəxanalıq etdi

Qadınlara qarşı zorakılığa sərt reaksiyaları ilə tanınan aparıcı boşanır

Türkiyənin FOX TV kanalının “Çalar saat” verilişinin aparıcısı İsmayıl Küçükkaya arvadından boşanır.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hər zaman qadınlara qarşı fiziki təzyiq göstərilməsinin əleyhinə olan, belə hadisələrə sərt reaksiya göstərən aparıcının həyat yoldaşı Eda Küçükkayanı döydüyü bildirilir. Deyilənə görə, o, arvadına fiziki və mənəvi təzyiq göstərib. Həyat yoldaşına tez-tez özünün ölkədə tanınmış şəxs olduğunu xatırladan aparıcı qadının saçından tutaraq sürüyüb, üzünə çox sayda yumruq vurub. Ona “Şükür et ki, tanınan adamam. Yoxsa sənin üzünü tam dağıdardım”, - deyib.

Eda Küçükkaya xəstəxanaya müraciət edərək, xəsarət aldığına dair arayış alıb və boşanmaq üçün məhkəməyə təqdim edib. O həm də, həyat yoldaşından birdəfəlik olmaqla 1 milyon 200 lirə, aylıq 15 min lirə təzminat istəyib.

Qeyd edək ki, cütlük iki il evli olub. Onların övladı yoxdur.

Nigar CƏFƏR

AzNews.az