- Türkiyə
- 21 Noyabr 2018 14:21
- 2 449
Ərdoğandan Avropa Məhkəməsinə sərt reaksiya: “Həmlə edib işi bitirərik!”

Prezident Ərdoğan Avropa Məhkəməsinin qərarına münasibət bildirib
Avropa İnsan Haqları Məhkəməsi HDP sədri Səlahəddin Dəmirtaşın azadlığa buraxılmasına qərar verib
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident və AKP rəhbəri Rəcəb Tayyib Ərdoğan, partiyasının qrup iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.
Ərdoğan, verilən “AİHM-in Dəmirtaş qərarı ilə bağlı nə düşünürsünüz?” sualına “AİHM-in verdiyi qərarlar bizi əlaqələndirmir. AİHM-in bu günə qədər terror təşkilatı ilə bağlı verdiyi bir çox qərar var. Bütün bunlara qarşıyıq. Bunun qarşılığında bizim də edə biləcəyimiz bir çox şey var. Qarşı həmləmizi edib işi bitirərik”, - deyə cavab verib.
Pərvanə AĞAZADƏ
AzNews.az