Dövlət Baxçalı FETO-çuların qarşısını almaq üçün bölgələrə müfəttişlər yollayıb Dövlət Baxçalı FETO-çuların qarşısını almaq üçün bölgələrə müfəttişlər yollayıb

Baxçalı bütün bölgələrə müfəttiş göndərdi: “Xüsusilə də FETO-çuları...”

Dövlət Baxçalı FETO-çuların qarşısını almaq üçün bölgələrə müfəttişlər yollayıb

MHP namizədlərinin meyarlara uyğunluğunu müəyyən etmək üçün onlar haqqında tədqiqat aparır.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Dövlət Baxçalının təlimatı ilə FETO-çuların qarşısını almaq üçün bölgələrə partiya müfəttişləri də göndərilib.

MHP rəhbərinin köməkçisi Sadir Durmaz, ictimaiyyətdə düzgün şəxsiyyət kimi tanınmayan insanların namizəd olmayacaqlarını bildirib. O, 24 iyundakı seçkilərdə, həyat yoldaşına şiddət tətbiq edən bir namizədin siyahıya alınmadığını da qeyd edib.

Partiyada 15 vəkildən ibarət komissiyanın namizədlərin tədqiqatını apardığını bildirən Durmaz, “Keçmişdə bütün partiyalar kimi bizim partiyaya da məlum terror təşkilatı sızmaq istəyib. Bu mövzuda ciddi təcrübəyə sahib partiyayıq. Yeni sızmalara fürsət vermək istəmirik. İncə ələyib, sıx toxuyuruq. Xüsusilə də FETO-çuları”, - deyə bildirib.

Pərvanə AĞAZADƏ
AzNews.az