- Türkiyə
- 23 Noyabr 2018 12:58
- 1 860
Canlı yayımda etiraf: Arvadımı 300 dəfə aldatmışam - Xına gecəsində də xəyanət etdim

Proqrama telefonla bağlanan və adını vermək istəməyən bir kişi etiraf edib
Türkiyənin Beyaz TV kanalında "Həyatda Hər Şey Var" verilişində aparıcı Nur Viralı şoka gətirən etiraf səslənib.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, canlı yayıma telefonla bağlanan və adını vermək istəməyən bir adam arvadını təxminən 300 dəfə aldatdığını deyib.
16 illik evli olduğunu və arvadını xına gecəsində də aldatdığını deyən adam bunları dilə gətirib:
"Bizim orada toylar üç gün sürür. İstanbuldan həyat yoldaşımla evlənmək üçün gedəndə də onu xına gecəsində aldatmışam".
Aldadarkən heç tutulmadığını deyən adam "O zaman niyə evləndiniz?" sualına belə cavab verib:
"Evlənməyin fərqli bir şey olduğunu düşünürəm. Hazırda yoldaşımla xoşbəxtik. Yaxşı bir atayam, amma hələ də həyat yoldaşımı aldadıram. 15 gün əvvəl bir həftə ərzində 4 dəfə aldatmışam. Bu vəziyyətdən mən də əziyyət çəkirəm. Bunun etik olmadığını da bilirəm".
Adını vermək istəməyən adamın şok edən xəyanət etirafından sonra studiyada belə fikirlər səslənib: "Bu adam xəstədir və onun həkimə getməsi lazımdır".
Babək Göyüş
© AzNews.az