Qəza ilə əlaqədar istintaq başlayıb. Qəza ilə əlaqədar istintaq başlayıb.

Qatar qəzasında günahkarlar öz cəzalarını alacaq - Ərdoğan

Qəza ilə əlaqədar istintaq başlayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada baş verən qatar qəzası ilə bağlı danışıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Beştəpə Millət Mədəniyyət və Konqres mərkəzində təşkil olunan tədbirdə prezidentlik və 16 nazirliyin qarşıdakı 100 gün ərzində həyata keçirəcəyi icraatları təqdim edib.

O, çıxışına Ankarada baş verən qatar qəzasına görə çox məyus olduğunu bildirərək başlayıb:

“Ankara-Konya dəmir yolunun Marşandiz stansiyasında yüksək sürətli qatarın qəzaya uğraması nəticəsində 9 nəfər ölüb, 47 vətəndaşımız da yaralanıb. Qəza ilə əlaqədar istintaq başlayıb. İndiyə qədər 3 nəfər saxlanılıb. Bu qəza bütünlüklə incələnəcək, günahkarlar müəyyənləşdiriləcək və lazımi işlər görüləcək”.

AzNews.az