Həkim Türkiyənin Aydın bölgəsində tapılıb. Həkim Türkiyənin Aydın bölgəsində tapılıb.

İtkin düşən şizofren həkim tapıldı

Həkim Türkiyənin Aydın bölgəsində tapılıb.

İtkin düşən şizofren həkim tapılıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Dənizli bölgəsində itkin düşən şizofren həkim Aydın bölgəsində tapılıb.

Çobanisa məhəlləsində yaşayan M.G evində oturan bir adamı görüb və jandarmaya xəbər verib. Evə gələn jandarma aqressiv hərəkətlər edən adamın Denizlidə itkin düşən A.G olduğunu aşkarlayıb.

Xəbər veriləndən sonra A.G-nın ailəsi də həmin evə gedib. A.G təcili yardım vasitəsilə Nazilli dövlət xəstəxanasının psixiatriya bölməsinə aparılıb.

Artvində təcrübəçi həkim kimi işləyən A.G şizofren xəstəliyinə görə müalicə aldığı və məzuniyyətə çıxdığı öyrənilib.

Digər tərəfdən ev sahibi M.G ondan şikayətçi olmayıb.

Pərvanə Ağazadə

AzNews.az