Ateistlər müsəlmanlardan daha əxlaqlı və vicdanlıdır - İlahiyyatçıdan şok açıqlama

“Qurana daha uyğun yaşayırlar”.

Türkiyə Ateizm Dərnəyi və ilahiyyatçı Cemil Kılıç Konda Araşdırma Mərkəzinin son hesabatında Türkiyədə ateistlərin sayının artması haqqında məlumat yayıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərkəzin keçən həftə 10 illik ictimai dəyişiklik hesabatı böyük mübahisə yaradıb.

Hesabatda 99%-nin müsəlman olduğu iddia olunan Türkiyədə ateistlərin sayının artdığı göstərilir.

Hesabata görə, ateistlərin sayı 10 il içərisində 1%-dən 3%-ə yüksəlib, özünü dindar olaraq təqdim edənlərin sayı isə 55%-dən 51%-ə enib.

Türkiyədə namaz, həcc ziyarəti və hicab taxmaq kimi dini ritualları yerinə yetirənlərin dindar olaraq tanıdıldığını deyən Kılıç islamın təkcə rituallardan ibarət olmadığını bu sözlərlə izah edib: “Əslində əxlaqi və insan haqqları üzərindən dəyərləndirilən bir dindarlıq yayılmalıdır. Təxminlərimə görə Türkiyədə sözün əsl mənasında müsəlman olanların sayı 60%-i keçməz”.

Kılıç deist və ateistlərin Qurandakı tövsiyyələri müsəlman olduğunu deyənlərdən daha çox istifadə etdyini deyib: “Bugün ateist və ya deistlərin çoxu müsəlmanlardan daha əxlaqlı və vicdanlıdır”.

Nigar CƏFƏR

AzNews.az