Kürdləri və digər suriyalıları terror təhdidinə qarşı qoruyacağıq”. Kürdləri və digər suriyalıları terror təhdidinə qarşı qoruyacağıq”.

Trampın qalmaqallı tvitinə Türkiyə sərt cavab verdi - "Terroristlər ortağınız ola bilməz"

Kürdləri və digər suriyalıları terror təhdidinə qarşı qoruyacağıq”.

Türkiyənin prezident aparatının sözçüsü İbrahim Kalın ABŞ prezidenti Donald Trampın Suriya paylaşımına cavab verib.

AzNews.az xəbər verir ki, tvitter hesabından Trampın paylaşımına cavab verən Kalın “Cənab Donald Tramp, kürdləri ABŞ-ın terror siyahısındakı PKK və onun Suriyadakı qolu olan PYD/YPG ilə eyniləşdirmək ölümcül səhvdir. Türkiyə terroristlərlə mübarizə aparır, kürdlərlə yox. Kürdləri və digər suriyalıları terror təhdidinə qarşı qoruyacağıq” deyib.

“Cənab Donald Tramp, terroristlər ortağınız və müttəfiqiniz ola bilməz. Türkiyə ABŞ-dan strateji ortaqlıq vəzifəsini yerinə yetirməyini və bunun terror təbliğatı ilə kölgələnməməyini gözləyir”. İbrahim Kalın belə deyib.

Pərvanə Ağazadə

AzNews.az

image description image description