Şübhəlinin üzərində heç nə tapılmayıb. Şübhəlinin üzərində heç nə tapılmayıb.

"Canlı bombayam, özümü partladacağam" deyib polisə zəng etdi

Şübhəlinin üzərində heç nə tapılmayıb.

Türkiyənin Adana bölgəsində bir nəfər avtobus dayanacağındakı taksofondan "155" polis mərkəzinə zəng vurub və "Canlı bombayam, özümü partladacağam" deyib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, az keçməmiş avtobus dayanacağına çoxlu sayda polis gəlib və həmin şəxsi saxlayıb.

Polislər şübhəlini məntəqəyə aparıb axtarış aparsalar da, heç nə tapmayıblar.

Polis maşınına minən zaman jurnalistlərin "Özünü niyə canlı bomba kimi şikayət etdin?" sualına o, belə cavab verib:

"O, muxtar oldusa, mən də vali olacam".

Pərvanə Ağazadə

AzNews.az